RU
Rusiyada ağır qəza: iki azərbaycanlı öldü - FOTO
14:34
297

Rusiyada ağır qəza: iki azərbaycanlı öldü - FOTO

Rusiyanın Voronej bölgəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

7News.Az "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı mikroavtobusla TIR toqquşub. 

Bununla bağlı regionun fövqəladə hallar xidmətindən məlumat verilib. 

Moskva vaxtı ilə 10:30-da baş verən hadisə zamanı iki nəfər ölüb, 7 nəfər yaralanıb. Ölənlərin Azərbaycan vətəndaşı olduğu bildirilib.

Qeyd edilib ki, "Mersedes” markalı mikroavtobus Azərbaycandan hərəkət edirmiş.  

Faktla bağlı araşdırmalar başlanılıb. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ