RU
Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb
10:25
337

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb

Rusiyanın Xabarovsk diyarında "KAMAZ”ın aşması nəticəsində 5 nəfər ölüb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin saytında məlumat verilib.

"İlkin məlumatlara görə, "KAMAZ” markalı avtomobilin Albazindən Xarpiçan kəndi istiqamətində hərəkətdə olan 1978-ci il təvəllüdlü sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb”, - məlumatda diqqətə çatdırılıb.

Avtomobildəkilər rayon müəssisələrindən birinin işçiləri olub. Qəza nəticəsində sürücü və 4 sərnişini (1968, 1978, 1989, 1992-ci il təvəllüdlü) təcili yardım gələnə kimi ölüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ