RU
Rusiyada ağır yol qəzasında beş nəfər ölüb
12:09
74

Rusiyada ağır yol qəzasında beş nəfər ölüb

Rusiyanın Stavropol şəhərində avtomobillərin toqquşması nəticəsində beş nəfər ölüb.

7News.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Stavropol-Krasnoqvardeyskoye avtomobil yolunun 13-cü km-də baş verib.

Belə ki, "Renault” markalı avtomobil qarşı zolağa çıxaraq "VAZ-2104” markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ”ın sürücüsü və onun üç sərnişini, o cümlədən 14 yaşlı yeniyetmə və 39 yaşlı sərnişin dünyasını dəyişib.

Xəsarət alan daha iki nəfər xəstəxanasına çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ