RU
Rusiyada Aleksey Navalnının fondları ilə əməkdaşlıq edən jurnalist saxlanılıb
11:18
27

Rusiyada Aleksey Navalnının fondları ilə əməkdaşlıq edən jurnalist saxlanılıb


7NEWS.az xəbər verir ki, ötən fevralda Rusiyada həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə əlaqəli jurnalistlərə qarşı əməliyyatlar davam edir. Rusiyalı jurnalist Sergey Karelin bu gün Navalnının qurduğu və videolar çəkərək "qanunsuz təşkilat” kimi müəyyən edilən fondlarla əməkdaşlıq etdiyi səbəbi ilə saxlanılıb. Rusiyanın Murmansk vilayətində saxlanılan Karelinin məhkəmə qarşısına çıxarılacağı açıqlanıb. Rus jurnalistin ABŞ-da yerləşən Associated Press (AP) və Almaniyada yerləşən Deutsche Welle ilə də əməkdaşlıq etdiyi öyrənilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ