Rusiyanın İrkutsk vilayətində spirtli yemişan içkisindən kütləvi zəhərlənmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
7News.Az `Ria Novosti`-yə istinadən xəbər verir ki, bunu İrkutsk şəhərinin prokuroru Stanislav Zubovskiy deyib. Onun sözlərinə görə, xəstəxanaya çatdırılan şəxslərin çoxu komada olub.
Sağ qalanların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı 5 nəfər saxlanılıb.








