RU
Rusiyada avtobus qatarla toqquşdu: 17 ölü
09:20
418

Rusiyada avtobus qatarla toqquşdu: 17 ölü

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb.

Qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt-Peterburq - Nijni-Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.

Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir. Qəza yerli vaxtla saat 03:30-da baş verib. Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ