RU
Rusiyada avtobus uçuruma düşdü: ölənlər var - FOTO/VİDEO
11:01
241

Rusiyada avtobus uçuruma düşdü: ölənlər var - FOTO/VİDEO

Rusiyanın Kemerov vilayətində mədən işçilərini daşıyan avtobus uçuruma düşüb.

Hadisə nəticəsində altı nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bütün yaralılar xəstəxanalara çatdırılıb: onlardan dördü reanimasiyaya yerləşdirilib, 12-nin vəziyyəti orta-ağırdır.

Yayılan informasiyaya görə, avtobus 40-45 metr yüksəklikdən uçuruma yuvarlanıb. Lakin İstintaq Komitəsinin yerli idarəsi hündürlüyün səkkiz metrdən çox olmadığını bildirib.

İnsidentlə bağlı cinayət işi açılıb. Avtobusun texniki vəziyyəti və sürücünün tibbi baxışdan keçirilib-keçirilmədiyi araşdırılacaq.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ