"Kamil Zeynallı azadlığa buraxılıb. O, bu gün Bakıya geri qayıdacaq”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə azərbaycanlı fitnes məşqçisi Kamil Zeynallının vəkili Ələkbər Qarayev məlumat verib.
15:17
Bu gecə Ermənistanın tələbi ilə Moskvadan Bakıya qayıdarkən Domodedovo aeroportunda saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.
Bu barədə Axar.az-a idmançının köməkçisi Nicat Nicati məlumat verib.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.








