RU
Rusiyada Azərbaycan bankının filialına polis hücumu
15:16
310

Rusiyada Azərbaycan bankının filialına polis hücumu

Bank rəsmisi açıqlama verdi.

Azərbaycan Beynəlxalq Bankı Rusiyada fəaliyyət göstərən “ABB-Moskvanın” Sankt-Peterburqdakı filialına polis hücumu ilə bağlı məlumat yayıb.

Beynəlxalq Bankın mətbuat katibi Yadigar Cəfərli bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları filiala keçmiş müştərilərdən biri haqqında bəzi sənədlərin əldə olunması məqsədilə gəliblər.

“Peterburq filialı hazırda işləyir və fəaliyyətində heç bir problem yoxdur”, - deyə, o, bildirib.

14:56

Dekabrın 17-də səhər saat 10.00 radələrində DİN-in İstintaq İdarəsinin Mərkəzi Rayon üzrə İdarəsinin əməkdaşları, Peterburq və Leninqrad vilayəti üzrə DİN-in İqtisadi təhlükəsizlik idarəsinin “bank” şöbəsinin əməliyyatçıları “Azərbaycan-Moskva Beynəlxalq Bankı”nın Peterburqda Marat küçəsi 63 ünvanında yerləşən filialına axtarışa gəliblər.

“Fontanka”nın məlumatına görə, bu tədbirlər pul vəsaitinin xaricə çıxarılması üzrə cinayət işinin çərçivəsində aparılır.

“ABB-Moskva” bankının rəsmi saytında göstərilən telefonlar üzrə zənglərə cavab verilmir, “bank-müştəri” xidməti hələlik işləyir.

Xatırladaq ki, “ABB-Moskva” bankı Azərbaycanın iri banklarından biridir. Bankın baş ofisi Bakıda yerləşir. Onun Moskva, Peterburq, Yekaterinburq, London, Lüksemburq, Dubay və Nyu-Yorkda ofisləri yerləşir.

Paytaxtda yerləşən baş ofisdən “Fontanka”ya verilən məlumata görə, hal-hazırda Marat küçəsində yerləşən Peterburq ofisində, pul köçürmələri də daxil olmaqla əməliyyatların aparılmasının mümkün olmadığını bildiriblər.

Əməkdaşlar bunu rabitə probleminin olması ilə izah ediblər və nasazlığın iki-üç saat ərzində aradan qaldırılacağı bildirilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ