Rusiyanın Tver vilayətinin Rameşkovski rayon məhkəməsi Azərbaycan vətəndaşının qətldə ittiham edilməsinə dair cinayət işinə baxacaq.
7news.Az bu barədə "Biznes-novosti onlayn”a istinadən xəbər verir.
Vilayət prokurorluğunun məlumatına görə, 2016-cı ilin avqustunda azərbaycanlı Nijni Novqoroddan onlara qonaq gələn öz həmvətənlisini öldürüb. Onlar arasında mübahisə düşüb və müttəhim qurbana bir neçə bıçaq zərbəsi vurub.
Hüquq-mühafizə orqanlarından gizlənməyi düşünmədən meyiti avtomobilə qoyaraq Tverin mərkəzi polis idarəsinə gəlib və törətdiyi əməli etiraf edib.
Qatil və qurbanın adları bildirilmir.
7news.Az








