RU
Rusiyada azərbaycanlı həmyerlisini qarət etdi
20:22
410

Rusiyada azərbaycanlı həmyerlisini qarət etdi

Azərbaycanlı iş adamına bir neçə bıçaq zərəbələri endirilib.

Rusiyanın Domodedovo rayonunda quldurluqda şübhəli bilinən mütəşəkkil qrupun üzvü saxlanılıb.

7news.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, cinayətkarlar 2015-ci ilin sentyabr ayında Domodedovo rayonunda Azərbaycan vətəndaşı olan yerli iş adamına hücum çəkərək ona bir neçə bıçaq zərbələri endiriblər, travmatik tapançadan ayağından vurublar və üstündə olan 250 min rubl məbləğində pulu götürüb hadisə yerindən uzaqlaşıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun bir üzvü - 34 yaşlı Azərbaycan vətəndaşı - Moskvada saxlanınlıb.

Hal-hazırda qrupun digər üzvlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ