Rusiyanın FTX Murmansk üzrə İdarəsinin və DİN Baykal üzrə idarəsinin əməkdaşları 2013-cü ildə Çitada 3,4 kq yaxın heroini satmaqda şübhəli bilinən Azərbaycan vətəndaşı Fəttayev Seymuru saxlayıblar.
7news.Az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.
"İstintaqın versiyasına görə, o, cinayətkar qrupun tərkibində iri həcmdə, daha dəqiq 3,4 kq heroinin satışında iştirak edib”, - məlumatda FTX vilayət üzrə idarəsinin mətbuat katibinin sözlərində sitat gətirilir.
Məlumata görə, o, Çitaya göndərilir.
7news.Az








