Pasportlarında adlarını dəyişdirdikdən sonra Çelyabinskə qayıdıblar.
Çelyabinsk vilayəti üzrə FTX-nin ərazi və sərhəd idarəsinin əməkdaşları, dövlət sərhədini qanunsuz keçən, Gürcüstan vətəndaşı olan iki etnik azərbaycanlını saxlayıblar.
7News.Az FTX mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 və 42 yaşlı qardaşlar işsizdirlər, onlara RF ərazisinə beş il müddətinə daxil olmaq qadağan edilib. Onlar pasportlarında adlarını dəyişdikdən sonra yenidən Rusiya ərzisinə keçməyə cəhd ediblər.
Gürcüstanda adlarını pasportda dəyişdikdən sonra Çelyabinsk vilayətinə qayıdıblar. Mühacirlər Ural kəndi yaxınlığında olarkən, onların versiyasına görə, “təsadüfən” birinci evə giriblər, orada daha öncə Rusiya vətəndaşlığını alan həmvətənləri ilə rastlaşıblar.
Həmvətənləri onları Troitska qədər gətirib. Burada yenidən qardaşlar “təsadüfən” həmvətənləri olan taksi sürücüsü ilə rastlaşıblar, o isə qardaşları vilayət mərkəzinə qədər aparıb.
“Mühacirlər Rusiya vətəndaşlığı olan və Azərbaycan diasporunda hörmətə sahib olan daha bir həmvətənləri ilə görüşün xəyalını qururdular. Məhz həmin şəxsin yardımı ilə iş tapmağı düşünürdülər. Amma onların arzuları həyata keçmədi – qardaşların yolunu Rusiya FTX-nin ərazi və sərhəd idarəsinin əməkdaşları kəsdi”, - xüsusi xidmətin məlumatında deyilir.
Troitski rayon məhkəməsi qardaşları RF CM 322m. 3b. üzrə dövlət sərhədini qanunsuz keçməkdə təqsirkar bilib, onların azyaşlı uşaqlarının olmasını nəzərə alaraq cəzasını ümumi rejimli koloniyada çəkməklə altı il müddətinə azadlıqdan məhrum edib.








