RU
Rusiyada azərbaycanlıda narkotik maddə aşkar etdilər
22:30
289

Rusiyada azərbaycanlıda narkotik maddə aşkar etdilər

Araşdırma aparılır.

Rusiyada narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 1985 –ci il təvəllüdlü azərbaycanlı saxlanılıb, Kalmıkiya Respublikasının DİN-nin saytı xəbər verir.

Şübhəli şəxs respublika xəstəxanasına narkotik intoksikasiyası vəziyyətində çatdırılmışdı. Elə buradaca şəxsi əşyaların yoxlanılması zamanı içində tünd-qəhvəyi rəngdə maddə olan paket aşkar edilib götürülmüşdü.

Bundan savayı, məlumatlar bazasını yoxlayan zaman, polislər müəyyən etdilər ki, azərbaycanlı başqasının əmlakını gizli saxlamağa görə federal axtarışdadı. 2015-ci ilin iyulunda şübhəliyə qarşı “oğurluq” maddəsi ilə cinayət işi açılmışdı.

Sadalanan faktlar əsasında polislər tərəfindən araşdırma aparılır. Axtarılan səxsin saxlanılması barədə axtarışın təşəbbüskarı – Saratov vilayəti polisinə məlumat verilib./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ