RU
Rusiyada azərbaycanlılar arasında atışma: bir nəfər öldü, güləş məşqçiləri yaralandılar
14:12
322

Rusiyada azərbaycanlılar arasında atışma: bir nəfər öldü, güləş məşqçiləri yaralandılar

Rusiyanın Nadım şəhərində azərbaycanlılar arasında silahlı insident baş verib.

7News.Az ölkə.az-a istinadən xəbər verir ki, nəticədə 1 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

"Malo Yamala" teleqram-kanalının xəbərinə əsasən, biznes sahəsinə görə kriminal qruplaşmalar arasında insident baş verib. Qeyri-rəsmi məlumatlara əsasən, qruplaşmalardan birinə liderlik edən Aqşin Həsənov qətlə yetirilib. Sərbəst güləş üzrə iki məşqçi - Yalçın və Mais Məmmədovlar isə xəsarət alıblar.

 

Yerli KİV-in xəbərinə əsasən, hüquq-mühafizə orqanları artıq silahlı atışmada iştirak edənlərin şəxsiyyətini müəyyən edib. Hadisə yeri isə şəhər vergi idarəsi yaxınlığında yerləşir. Hazırda istintaq gedir və şahidlər axtarılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ