Rusiyanın Voronej şəhərində bir azərbaycanlının ölümü ilə nəticələnən davanın təfərrüatları məlum olub.
7News.az bildirir ki, "Vstreça" kafesinin inzibatçısı Ramin Mehdiyevin verdiyi məlumat görə, hadisə aprelin 20-də səhər saat 4-də kafeyə yaxın yerdə baş verib.
"Axşam kafedə banket olub, 10-15 nəfər iştirak edib. Kafe bağlanandan bir saat sonra kafeyə yaxın ərazidə, yolun kənarındakı dayanacaqda mübahisə düşüb. Daha sonra mübahisə bıçaqlaşma ilə nəticələnib. Xəsarət alanlar xəstəxanaya aparılıb. Onlardan biri - Ağcabədi sakini xəstəxanada ölüb".
R. Mehdiyev onu da əlavə edib ki, kafe adi qaydada fəaliyyətini davam etdirir.//apa
7News.az








