RU
Rusiyada azərbaycanlılar çətin vəziyyətə düşdü
11:11
909

Rusiyada azərbaycanlılar çətin vəziyyətə düşdü

Azərbaycandan gedən kənd təsərrufatı məhsulları Rusiya bazarlarına çata bilmir.

Azərbaycandan Rusiya bazarlarına kənd təsərrufatı məhsulları aparan sahibkarların Rusiya ərazisində ciddi problemləri ortaya çıxıb. Noyabrın 14 dən Rusiya Federasıyası ərazisində yük avtomobili sürücüləri genişmiqyaslı tətillərə başlayıb.

Özəl nəqliyyat şirkətlərinin sürücülərinin bu addımı atmağa vadar edən Rusiya hökümətinin yük maşınlarına tətbiq etdiyi yol vergilərinin artırması səbəb olub.

Buna etiraz edən rusiyalı sürücülər Rusiya Federasıyasının müxtəlif ərazilərində aksiyalar keçirir, Azərbaycandan dəmiryolu ilə gedən kənd təsərrufatı mallarını avtomobillərinə yükləməkdən imtina edirlər. Bu səbəbdən Rusiya Federasıyasının Dağıstan Respublikasının Dərbənd dəmiryol stansiyasında Azərbaycandan gedən kənd təsərrufatı məhsulları yüklənmiş vaqonların böyük bir növbəsi yaranıb.

Azərbaycanlı sahibkarlar Rusiyada yük sürücülərinin bu aksıyasının onlara ciddi ziyan vurduğunu deyirlər. Çəkiliş qrupumuz noyabirin 19 dan 20–nə keçən gecə Azərbaycanın Rusiya sərhədində yerləşən Xaçmaz rayonu ərazisində qonşu ölkəyə mal aparan fermerlərin bir qismi ilə görüşüb.


Rusiyada problemlə üzləşən azərbaycanlılar

Fermerlərin sözlərinə görə, indi Dərbənddə 200-dən artıq vaqon dayanıb. Onlar tezliklə Azərbaycan dövlətinin, Azərbaycan hökümətinin bu məsələdə onlara kömək etməsini tələb edirlər.

Şəmkirli fermer Tahir Hüseynov: "Bu, Rusiya dövlətinin daxili problemidir.Əgər bizə köməkçi, yardımçı olmasa, Azərbaycanın kənd təssərrufatına, regionlarına milyonlarla ziyan dəyəcək. Min tonlarla məhsul soyuducularda, sahələrdə qalıb. Satış heç cür edə bilmirik".

Ucarlı fermer Vahid Məmmədov: "Rusiyada yol vergisi qaldırılıb. Sürücülər onunla razılaşmayıb tətil ediblər. Əziyyət çəkən biz Azərbaycanlı fermerleridir. Kənd tssərrufatı məhsullarımız batır".

Göyçaylı fermer Ağasadıq İbrahimov: "Mallarımız qalıb o tərəfdə, Dağıstan tərəfdə. Malımız yanır. Xahiş edirik bizə koməklik edəsiniz.

 

Sahibkarlardan aldığımız məlumata görə, təkcə bu stansiyada deyil, ADDY-nun Xaçmaz rayonunun ərazisndəki bütün stansiyalarda təxminən 60 dan artıq meyvə yuklənmiş vaqonlar Rusiyaya keçmək üçün növbə gözləyir.

Dəmiryol stansiyalarında növbə gözləyən təkcə vaqonlar deyil, Azərbaycanın bölgələrindən Rusiyaya meyvə yükləmək üçün gələn yük avtomobillərinin sürücüləri də avtomaşınlarının boşalmasını gözləyir.

Sürücü Xaliq İsmayılov: "Problemimiz odur ki, 4 gündür ki, gəlib qalmışam burda. Aldığım reys pulunu da xərcləmişəm. Qayıdıb getməyə pulumuz da yoxdur. O yanda Rusiya götürmür yükü. Azərbaycan tərəfdə problem yoxdur. Deyirlər ki, yükü vur vaqona. Mal yiyəsi də deyir boşaltma. Ayrı yerə qapıma boşaldacam".

Azərbaycanlı fermerlərin qonşu ölkəyə kənd təsərrufatı məhsulları aparmasında problem yarandığını DGK-nin Xaçmaz gömrük idarəsindən də təsdiqlədilər. Bildirildi ki, Rusiya vətəndaşı olan sürücülər Rusiya hökümətinin yol rüsumunu artırmasına etiraz olaraq işə çıxmaqdan imtina ediblər. Bu səbəbdən Dərbənd stansıyasında Azərbaycandan gedən malların tıxacı yaranıb. Azərbaycan tərəfdə həm avtomobil, həm də dəmiryolu ilə kənd təsərrufatı mallarının qonşu ölkəyə keçməsində heç bir problem yoxdur./anspress

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ