RU
Rusiyada azərbaycanlını döyüb, 630 mini oğurladılar
23:00
485

Rusiyada azərbaycanlını döyüb, 630 mini oğurladılar

Ötən gün Sankt-Peterburqun Primorsk rayonunda cinayətkarlar avtomobil mərkəzinin menecerindən 630 min rubl oğurlayıblar.

Məlumata əsasən, 41 yaşlı azərbaycanlıya qarşı hücum axşam saatlarında, təxminən 22:15 radələrində Kolomyajsk prospektində, bina 20-nin qarşısında baş verib. 

Burada naməlum şəxslər həmyerlimizi döyərək içərisində 630 000 min rubl və pasport olan çantasını oğurlayıblar. 

Həmyerlimiz qapalı kəllə-beyin travması və sağ gözün kontuziyası diaqnozları ilə şəhər xəstəxanasına çatdırılıb. 

Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb. /azvision.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ