Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədər 11 nəfər saxlanılıb.
Bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti ölkə Prezidenti Vladimir Putinə məlumat verib.
Qeyd olunub ki, onlardan 4-ü birbaşa terror aktında iştirak edən şəxslərdir.
Xatırladaq ki, ötən axşam Moskvada "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 80-dən çox adam ölüb.








