RU
Rusiyada bənd partlayıb
12:20
30

Rusiyada bənd partlayıb


7NEWS.az xəbər verir ki, 230 min əhalisi olan şəhərin demək olar ki, hamısı su altında qalıb. 885-i uşaq olmaqla 4 mindən çox adam təxliyə edilərkən, bölgədə sel səbəbiylə can itkisinin 4-ə yüksəldiyi açıqlanıb. Digər tərəfdən, bəndin tamamilə uçma təhlükəsinin olduğu bildirilib və səlahiyyətlilər Ural çayında suyun təhlükəli həddə yaxınlaşdığını açıqlayıb. Orenburq vilayətinin qubernatoru Denis Pasler suyun səviyyəsinin bir neçə günə qalxa biləcəyini, ona görə də diqqəti evakuasiya işlərinə yönəltdiklərini açıqlayıb. Rusiya mətbuatı daşqınların vurduğu zərərin təqribən 227 milyon dollar (təxminən 7,2 milyard TL) olaraq qiymətləndirildiyini və sel sularının aprelin 20-dən əvvəl çəkiləcəyinin gözlənilmədiyini bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ