RU
Rusiyada bir ailənin yeddi üzvü yanğın nəticəsində həlak oldu
11:30
112

Rusiyada bir ailənin yeddi üzvü yanğın nəticəsində həlak oldu

Rusiyanın Smolensk vilayətinin Elnya şəhərində yerləşən yaşayış evində baş verən yanğın nəticəsində beşi uşaq olmaqla yeddi nəfər həlak olub.

TASS agentliyi bu barədə regional fövqəladə xidmətin məlumatına istinadən xəbər yayıb.

 

Yanğından yalnız bir nəfər – ailənin başçısı xilas ola bilib.

İnsidentlə əlaqədar cinayət işi açılıb, yanğının səbəbləri araşdırılır.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ