Rusiyada koronavirusa yoluxma göstəriciləri növbəti dəfə rekord vurub.
7News.Az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 4 069 nəfər koronavirusa yoluxub, daha 41 nəfər virusdan həyatını itirib.
Bu günə qədər Rusiyada 32 007 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 273 nəfərə çatıb.
Ümumilikdə, 2 590 nəfər sağalıb, 29 144 nəfərin müalicəsi davam edir.
7News.Az








