RU
Rusiyada COVID-19-a yoluxma səviyyəsi həftə ərzində 35 faiz azalıb
18:00
2469

Rusiyada COVID-19-a yoluxma səviyyəsi həftə ərzində 35 faiz azalıb

Rusiyada son sutka ərzində daha 28 709 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

7NEWS.Az-ın Moskva Operativ Qərargaha istinadən verdiyi məlumata görə,
bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 17 611 401 nəfərə çatıb.

Son sutka ərzində 401 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 364 901 nəfərə çatıb.

Koronavirusun yayılması ilə mübarizə üzrə operativ qərargahdan bildirilib ki, Rusiyada hər 100 min nəfərə COVID-19-a yoluxma nisbəti həftə ərzində 35% azalıb: "Son həftədə əhalinin hər 100 000 nəfərinə yeni koronavirus infeksiyasına yoluxma nisbəti 160,25 olub və əvvəlki həftə ilə müqayisədə 35% azalıb”.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ