22 dekabr tarixində Rusiya Federasiyasının Saratov şəhərində azərbaycanlı sürücü qətlə yetirilib.
7news.az xəbər verir ki, bu haqda məlumatı Saratov şəhərinin Lenin rayonu İstintaq Komitəsi yayıb.
Saratov şəhər prokurorunun baş köməkçisi Yekaterina Markinanın verdiyi açıqlamaya görə, 47 yaşlı taksi sürücüsü baş nahiyəsindən aldığı 3 güllə yarası ilə “Sever” qaraj kooperati sahəsində dünyasını dəyişib. Ölən azərbaycanlının adı isə açıqlanmayıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
7news.az








