Rusiyanın Pskov vilayətində baş verən yol-nəqliyyat hadisəsində beş nəfər ölüb.
7news.Az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin region üzrə İdarəsinin saytında yerləşdirilən xəbərdə bildirilir ki, Sankt-Peterburq-Nevel yolunda "Mazda” markalı avtomobil qarşı yola çıxaraq "Renault” markalı yük maşını ilə toqquşub.
Beş nəfər hadisə yerində ölüb, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Araşdırma aparılır.








