7NEWS.az xəbər verir ki, Rusiyanın cənubunda Xəzər dənizi sahilində yerləşən Dağıstan Muxtar Respublikasında sərnişin avtobusu, minik avtomobili və yük maşını toqquşub. Avtomobillərə külli miqdarda ziyan dəyib. Əraziyə polis, səhiyyə və xilasetmə briqadaları göndərilib. Daxili İşlər Nazirliyinin açıqlamasında 8 nəfərin həyatını itirdiyi, 16 nəfərin yaralandığı bildirilib. Qəzanın necə baş verdiyi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
7NEWS.az








