Rusiyanın Kemerovo vilayətinin Mariinsk şəhərində yaşayış evində güclü yanğın baş verib.
7News.Az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 7 nəfər ölüb.
Onlardan ikisi uşaqdır.
Yanğının hansı səbəbdən çıxdığı bilinmir. Faktla bağlı araşdırma aparılır.
7News.Az








