RU
Rusiyada dəmiryolunda partlayış törədilib
14:20
96

Rusiyada dəmiryolunda partlayış törədilib

Rusiyanın Bryansk vilayətində dəmir yolunda törədilən partlayış nəticəsində yük qatarı relsdən çıxıb.

7News.Az RBK-ya istinadən xəbər verir ki, bunu vilayətin qubernatoru Aleksandr Boqomaz bildirib.

Onun sözlərinə görə, bölgənin Uneçski rayonunda, Bryansk-Uneça dəmir yolunun 136-cı km-də naməlum partlayıcı qurğu işə düşüb. Nəticədə yük qatarının lokomotivi relsdən çıxıb: "Ölən və yaralananlar olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir”.

Bildirilib ki, relsdən çıxan 60 vaqondan ibarət qatar neft məhsulları və taxta-şalban daşıyırmış.

Rusiya Dəmir Yolları şirkəti hələ ki hadisəni şərh etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ