Moskva Meşansk Rayon Məhkəməsi dövlətə xəyanətdə təqsirləndirilən iki Rusiya vətəndaşını həbs edib.
Bu barədə məlumat Moskva şəhərinin ümumi yurisdiksiya məhkəmələrinin portalında dərc olunmuş rəsmi sənədlərdə yer alıb.
Məhkəmə sənədlərinə əsasən, həbs edilən şəxslər Kuryayev O.V. və Qrannikov O.S.-dir.
Məhkəmə qərarı bu il sentyabrın 2-dən qanuni qüvvəyə minib.
Rusiya qanunvericiliyinə görə, dövlətə xəyanət maddəsi ilə təqsirli bilinən şəxsləri ömürlük həbs cəzası gözləyir.








