RU
Rusiyada əməliyyat
15:30
759

Rusiyada əməliyyat

Rusiya hüquq-mühafizə orqanlarının noyabrın 22-də Kabarda-Balkar Respublikasının Nalçik şəhəri yaxınlığında keçirdiyi xüsusi əməliyyat nəticəsində 10 silahlı öldürülüb.

Öldürülənlər “İslam Dövləti” (İŞİD) terror təşkilatının üzvləridir.

Onların kimliyi müəyyənləşdirilir.

Xəbər verilir ki, noyabrın 22-də səhər saatlarında Nalçik şəhəri yaxınlığında meşə massivində silahlı şəxslər aşkar olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları atışma zamanı 10 İŞİD-çini məhv ediblər.

Rusiya Milli Antiterror Komitəsi əməliyyatın davam etdiyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 10-da Nalçikdə İŞİD-in yerli özəyinin başçısı Robert Zankişiyev hüquq-mühafizə orqanları tərəfindən öldürülüb./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ