Rusiyada dördü uşaq olmaqla beş nəfər yanaraq ölüb.
Hadisə Yaroslavl vilayətinin Pesoçnoye qəsəbəsində qeydə alınıb. Belə ki, iki mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb.
Yanğının söndürülməsinə 11 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının qarşısı alınsa da evdə olanların həyatını xilas etmək mümkün olmayıb.
7news.az








