Rusiyada xilasetmə əməliyyatında iştirak edən Fövqəladə Hallar Nazirliyinin rəisi suda boğulub.
7news.Az xəbər verir ki, Primorsk vilayətinin FHN Baş İdarəsinin rəisinin meyiti bu gün səhər dalğıclar tərəfindən batan KAMAZ markalı avtomobildə tapılıb.
Rəis Oleq Fedyur əhaliyə necə yardım göstərildiyini və tayfunun fəsadlarının necə aradan qaldırıldığını yoxlamaq üçün hadisə yerinə yollanmışdı. Çayı keçərkən maşın suda batıb. Rəis şəxsi heyəti xilas etsə də, özü maşından çıxmağa fürsət tapa bilməyib.
Qeyd edək ki, güclü daşqınlar səbəbindən Primorsk vilayətində fövqəladə vəziyyət elan edilib.
7news.Az









