Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov vilayətində yerləşən sərhəd idarəsinin binasında yanğın baş verib.
7News.Az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.
Binada yanğından əvvəl partlayışın baş verdiyi bildirilir.
Hadisə yerinə yaxın yerləşən evlərin sakinləri təxliyə edilib.








