Oyun heç-heçə ilə bitib.
Rusiyada Milli Futbol Liqasının 26-cı turunun “Sibir” (Novosibirsk) - “Torpedo” (Armavir) oyunu kütləvi dava ilə başa çatıb.
Martın 16-da Novosibirskin “Zarya” arenasında keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb.
“Torpedo”nun heyətində Roman Qriqoryan və Jan-Jak Buqui fərqlənib. Hər iki top 11-metrlik zərbədən vurulub.
“Sibir”in heyətində isə Roman Belyayev dubla imza atıb.
Matçın 90-cı dəqiqəsində meydanın mərkəzində futbolçular arasında dava baş verib. Qarşılaşmanın hakimi İqor Nizovçev məşqçilərin köməyi ilə vəziyyəti nəzarətə ala bilib.
Nəticədə ev sahiblərinin oyunçusu Roman Belyayev və qonaqların futbolçusu Nikita Qluşakov qırmızı vərəqə ilə cəzalandırılıb./oxu
7news.Az








