RU
Rusiyada general həbs olundu
16:16
857

Rusiyada general həbs olundu

Rusiyanın İstintaq Komitəsinin Moskva Baş İstintaq İdarəsinin rəis müavini, general-mayor Denis Nikandrov həbs edilib.

 

7news.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilməsinə səbəb generalın “Şakro Molodoy” ləqəbli qanuni oğru Zaxariya Kalaşovla əlaqələrinin olmasıdır.

İctimai Nəzarət Komissiyasının sədr müavini Yeva Merkaçeva faktı təsdiq edib və generalın saxlanılmasının qanuni oğrunun həbsi ilə bağlı ola biləcəyini bildirib. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ