Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər.
7News.Az-ın MK.ru-ya istinadən xəbərinə görə, bu barədə Moskva Səhiyyə Departamentindən məlumat verilib.
Məlumata görə, oğlan uşağı bir neçə gün ərzində divan örtüyü yeyirmiş. Nəticədə onun mədəsində bezoar adlanan yad cisim əmələ gəlib.
Endoskopiya yolu ilə cismi çıxarmaq mümkün olmayıb, buna görə də həkimlər qarın boşluğu əməliyyatı aparmaq qərarına gəliblər. Əməliyyat uğurlu keçib və hər hansı ağırlaşma baş verməyib.
Həmçinin uşaqla psixoloq da söhbət aparıb.








