Rusiyanın Amur bölgəsində hərbi hissələrdən birində əsgərlər arasında mübahisə qanlı bitib.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, təlim meydançasında əsgərlərdən biri əlindəki pulemyotla digər əsgərlərə atəş açıb.
Hadisə zamanı 3 əsgər ölüb, 1-i isə yaralanıb.
Rusiya Müdafiə Nazirliyi cinayət törədən əsgərin qaçdığını açıqlayıb.
Hazırsa əsgərin tutulması üçün əməliyat keçirilir.








