Rusiyada hərbi hissələrin birindəki kütləvi dava nəticəsində 14 nəfər bıçaqlanıb.
Hadisə Sverdlovsk vilayətinin Yelan şəhərində yerləşən dairə tədris mərkəzlərinin birində baş verib.
Kütləvi davada Tuvadan olan 60-dək müddətdən artıq hərbi xidmət edənlərlə yerli qarnizonun 100-dək əsgəri iştirak edib.
Tuvalı döyüşçülər "sağ qalmaq kursunu” keçmək üçün Sverdlovsk vilayətinə göndərilib. Mərkəzi tərk etməyə bir gün qalmış spirtli içki alan hərbçilər tədris kursunun sona çatmasını qeyd etmək istəyib. Sonra qarnizon əsgərlərinə qarşı ədavəti yada salan tuvalı hərbçilər bıçaq və digər kəsici alətlərlə silahlanaraq kazarmalara hücum ediblər. Nəticədə Yelan qarnizonunun 13 hərbçisi və bir zabit bıçaq xəsarəti alıb.
Mərkəzi Hərbi Dairənin komandan müavini Həsən Kaloyevin başçılıq etdiyi ali zabitlərdən ibarət nümayəndə heyəti məsələ ilə məşğul olmaq üçün tədris mərkəzinə gəlib. /oxu
7news.Az








