RU
Rusiyada hokkeyçi matç zamanı öldü
14:20
437

Rusiyada hokkeyçi matç zamanı öldü

Rusiyanın Novosibirsk şəhərində "Rodnik” buz arenasında keçirilən həvəskar matç zamanı 55 yaşlı hokkeyçi ölüb.

TASS bu barədə İstintaq Komitəsinin regional idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, fakt üzrə cinayət-prosessual yoxlamalar aparılıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın yekununda prosessual qərar çıxarılacaq.

Hokkeyçinin "Udarnik” və "Titanlar” həvəskar komandaları arasında keçirilən oyun zamanı dünyasını dəyişdiyi bildirilir.

Ölümün səbəbi hələlik açıqlanmır. Bundan əvvəl - dekabrın 10-da analoji hadisə Perm şəhərində yaşanmışdı. Gecə Hokkey Liqasının "Şahinlər” klubunun oyunçusu PKS komandasına qarşı matç zamanı keçinmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ