7NEWS.az xəbər verir ki, Rusiyanın Ulyanovsk vilayətinin Kuybışev şəhərində Adler-Perm istiqamətində hərəkət edən sərnişin qatarı digər qatarla üz-üzə toqquşub. Qəza nəticəsində sərnişin qatarında 400 sərnişinin olduğu, 25 sərnişinin isə yaralandığı açıqlanıb. Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov qəza yerində 5 sərnişinə tibbi yardım göstərildiyini, xəstəxanalarda müalicə alan sərnişinlərin həyati təhlükəsinin olmadığını açıqlayıb.
7NEWS.az








