RU
Rusiyada istefalar başlayıb -YENİLƏNİB
19:30
716

Rusiyada istefalar başlayıb -YENİLƏNİB

Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev istefa verib. 

O, işdən çıxmaqla bağlı ərizə yazıb.

Beləliklə, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib.

"Mari El Respublikasının rəhbərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”, - o teleqramda vurğulayıb.

17:05

Rusiyada bir gün ərzində üçüncü qubernator istefa verib.

Bu barədə "RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.

Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

15:54

Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.

1961-ci il mayın 31-də Sankt-Peterburq şəhərində anadan olub.

Məlumata görə, 2016-cı il iyulun 28-də Vladimir Putin İ.Vasilyevi vilayətə qubernator səlahiyyətlərinin icraçısı olaraq təyin edib. O, 2017-ci il sentyabrın 19-da isə vəzifəsinin icrasına başlayıb.

15:28

Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.

Bu barədə region administrasiyasının rəsmi saytında bildirilib.

Sergey Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: "Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.

Qeyd edək ki, bu il Sergey Jvaçkinin 65 yaşı tamam olub./report

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ