Rusiyanın Perm diyarının Dobryanka şəhərində şagird rus dili və ədəbiyyatı müəlliməsinə bıçaqla hücum edib.
7News.Az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında məktəbin girişində baş verib.
IX sinif şagirdi həm də sinif rəhbəri olan müəlliməsinə bıçaqla bir neçə zərbə endirib.
Müəllimə xəstəxanada ölüb.
Bildirilir ki, müəllimə daha əvvəl şagirdlərlə konflikt yaşamayıb.
Yeniyetmə saxlanılıb, hadisə araşdırılır.
Məlumatlara görə, idmanla da məşğul olan yeniyetmə məktəbdə narahatedici davranışları ilə seçilib. Sinif yoldaşları onun bu hərəkətlərindən dəfələrlə şikayətçi olublar.
Dərsə davamiyyətdə intizamsızlığı ilə də seçilən şagirdin imtahana buraxılmadığına görə bu hadisəni törətdiyi ehtimal olunur.
Hüquq-mühafizə orqanları digər versiyaları da araşdırır.








