Rusiyada koronavirus peyvəndi ilk könüllülərə VURULDU
Rusiyada istehsal olunan dərmanın kliniki sınaqları çərçivəsində peyvənd ilk könüllülərə vurulub: 18 nəfərin yarısına vaksinin bir komponenti, yarısına isə digər komponeti yeridilib. Hələ ki, heç bir yan təsir qeydə alınmayıb.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sınaq üçün seçilən 18 hərbçi daha öncə iki həftə ərzində izolyasiyada saxlanılıb.
Digər könüllülər bir neçə gündən sonra immunizasiya olunacaqlar.
Peyvənd olunduqdan sonra təcrübə iştirakçılarından heç bir şikayət qeydə alınmayıb.