RU
Rusiyada koronavirusdan bir gündə 355 nəfər öldü
17:00
320

Rusiyada koronavirusdan bir gündə 355 nəfər öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,67 milyon nəfəri keçib.

7News.Az bildirir ki, ölkədə son sutka ərzində 18 648 nəfər virusa yoluxub, 355 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 673 686 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 28 828 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 251 364 nəfər virusdan sağalıb, 393 494 nəfərin müalicəsi isə davam edir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ