RU
Rusiyada KURYOZ oğurluq — azərbaycanlı 10 dəqiqədə 32 telefon apardı
17:20
483

Rusiyada KURYOZ oğurluq — azərbaycanlı 10 dəqiqədə 32 telefon apardı

Rusiyanın Sanat-Peterburq şəhərində "kruyoz” oğurluq hadisəsi baş verib.

1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı mobil telefon mağazasından 10 dəqiqə içərisində 32 telefon oğurlayıb.

Məlumata görə, hadisə şəhərin rəssamlar prospektində baş verib. Mağazanın içini yaran Azərbaycan vətəndaşı MTS mağazalar şəbəkəsinə aid olan dükandan telefonlarla yanaşı, kassadakı 2 min rubulu da aparıb. Amma həmyerlimiz uzağa gedə bilməyib, tutulub.

Qeyd edək ki, başqa cinayətlərdə də şübhəli bilindiyinə görə, azərbaycanlının adı açıqlanmır./lent.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ