Rusiyada məhbusların sayı tarixi minimuma düşüb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsindən bildirilib.
Qeyd olunub ki, hazırda Rusiyanın müvəqqəti istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində 308 min məhbus saxlanılır.
Ali Məhkəmə hesab edir ki, bu, qanunvericiliyin və hüquq-mühafizə orqanlarının humanistləşdirilməsi siyasətinin nəticəsidir.
Xatırladaq ki, Rusiya apardığı xüsusi hərbi əməliyyata (Ukrayna müharibəsi-red.) məhbusları da cəlb edir.








