Rusiyanın Sankt-Peterburq şəhərində "Akademiçeskaya” metrostansiyasında silahlı insident baş verib.
REN TV-nin məlumatına görə, hadisə metronun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Hadisə platformaya daxil olan vaqonlardan birində başlayıb.
Polis insidentin iki iştirakçısını saxlayıb. Onlara qarşı cinayət işi açılıb.








