Kalmıkiya Respublikasının (Rusiya Federasiyası) Yustinski rayonunda sərnişin mikroavtobusu ilə yük maşını toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
"Bu gün saat 02:30-da (Bakı vaxtı ilə 03:30-da – red.) məlumat daxil olub ki, Yustinski rayonu ərazisində Saqan Aman kəndi ərazisindən keçən hissəsində sərnişin avtobusu və yük maşını toqquşub. Nəticədə 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar Yustinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb", - məlumatda deyilir.
İdarə hadisə zamanı mikroavtobusda 21 nəfərin olduğunu bildirib. Onların arasında uşaqlar olmayıb.








