RU
Rusiyada miqrantlar arasında kütləvi dava: 20 yaralı, 12 saxlanılan var
19:05
38

Rusiyada miqrantlar arasında kütləvi dava: 20 yaralı, 12 saxlanılan var

Rusiya Federasiyasının Leninqrad vilayətinin Kirovski rayonunda yerləşən "Sinyavinskaya" quşçuluq fabrikində əcnəbilər arasında kütləvi dava olub.

Bu barədə "Mash na Moyke" "Telegram" kanalı məlumat yayıb.

Bildirilir ki, insidentdə ümumilikdə 60-a yaxın şəxs iştirak edib. Qarşıdurma nəticəsində 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan yeddisinin səhhəti ağır qiymətləndirilir.

Əlbəyaxa dava zamanı miqrantlar daş və ağac parçaları ilə bir-birilərinə xəsarətlər yetiriblər.

Əraziyə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları 12 iştirakçını saxlayaraq polis şöbəsinə aparıblar.

Faktla bağlı istintaq aparılır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ