Rusiyada getdikcə miqrantlar üçün pul qazanmaq imkanları azalır. Tümen vilayətinin ardınca Yuqrada da gəlmələrə taksi xidməti göstərməyi qadağan ediblər.
7News.Az xəbər verir ki, bölgənin rəhbəri Natalya Komarova uyğun fərman imzalayıb. Fərmana görə, təkcə taksi sürücüsü olan miqrantlar zərər görməyəcək. Daha 8 iqtisadi istiqamət üzrə başqa ölkə vətəndaşlarının fəaliyyəti məhdudlaşdırılıb.
Taksi sürməkdən başqa, gəlmələrə qida, təhsil, spirtli içki, tütün sektorlarında da qadağalar tətbiq olunub.
Surqut, Rusiya
Yuqra həmişə miqrantların xüsusi marağını çəkib. Ən böyük şəhəri Surqutda xeyli azərbaycanlı yaşayır.








